...

"Moodys" ekspertləri Bakıya gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2006 18:58 (UTC +04:00)

Aprelin sonunda Moodys beynəlxalq reytinq agentliyi ekspertlər qrupunun Azərbaycana gəlişi planlaşdırılır. Trend agentliyinə hökumətdən verilən məlumata görə, səfərin əsas məqsədi ölkəyə 2006-cı il üzrə suveren reytinqin verilməsi üçün icmalın aparılmasıdır. Ekspertlər ARDNŞ, İqtisadi İnkişaf Nazirliyi, Milli Bankda görüşlər keçirmək istəyir.

Hazırda Azərbaycan tərəfinə təqdim olunmuş suallar əsasında təkliflər hazırlanır. Agentlik markoiqtisadi göstəricilər, ölkədə gedən iqtisadi proseslər, bank bazarındakı vəziyyət, demoqrafik vəziyyət haqqında məlumat istəyib.

İcmal Maliyyə Nazirliyi ilə bir il müddətinə imzalanmış müqavilə əsasında aparılacaq. Razılaşmaya görə, ikinci reytinq agentliyinin xidmətlərinin ödənilməsi üçün dövlət büdcəsindən 40 min dollar vəsaitin ayrılması nəzərdə tutulub.

2006-cı ildə Azərbaycana iki agentiliyin reytinqi vericələk. Fitch Ratings agentliyinin son dəfə təsdiqlədiyi reytinqə əsasən, Azərbaycanın xarici və milli valyutada suveren reytinqləri 2004-cü ildə olduğu kimi BB səviyyəsində qalıb. Proqnoz "sabit"dir. Eyni zamanda agentlik qısamüddətli reytinqi B səviyyəsində təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti