...

Əmək Nazirliyi bir sıra regionlarda yarmarka keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2006 19:39 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda əmək yarmarkalarının təşkilinə başlayıb. Nazirliyin Baş Məşğulluq İdarəsindən Trend ə bildiriblər ki, aprel-may aylarında əmək yarmarkaları Naxçıvan, Qobustan, Qazax və Neftçalada keçirilib.

Yarmarkalarda 1 902 iş yeri təklif edən 186 müəssisə iştirak edib. Yarmarkalar nəticəsində 331 nəfər işlə təmin olunub, 28 nəfər ixtisasartırma kurslarına, 50 nəfər isə ictimai işlərə cəlb olunub.

Növbəti yarmarkalar iyunun 6-da Ağstafada və iyunun 7-də Qaxda keçiriləcək.

2005-ci ildə nazirlik 25 229 adamı işlə təmin edib.

1997-ci ildən başlayaraq işlə təmin olunmuş şəxslərin sayı 48 722-yə çatıb.

Xəbər lenti

Xəbər lenti