...

Bank Respublika Gəncə və Xaçmaz şöbələrini açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2006 16:04 (UTC +04:00)

Bank Respublika qəbul edilmiş strategiyasına əsasən Gəncə və Xaçmaz şəhərlərində şöbələrini açıb. Bu şöbələr əhaliyə, şirkət və təşkilatlara müxtəlif bank xidmətləri göstərir. Bu xidmətlər sırasında hesablaşma və xəzinə xidmətləri, depozit əməliyyatları, pul köçürmələri, plastik kartlar ilə əməliyyatlar və sair xidmətləri qeyd etmək olar. Bu barədə Trend Bank Respublika-nın məlumatına istinadən xəbər verib.

Beləliklə, Bank Respublika-nın hazırda Bakı, Gəncə, Yevlax, Quba, Lənkəran və Xaçmaz şəhərlərində 11 filialı və 2 şöbəsi fəaliyyət göstərir.

İlin sonunadək Bank Respublika xidmət şəbəkəsini daha da genişləndirməyi planlaşdırır və bu məqsədlə müxtəlif regionlarda Bankın yeni filial və şöbələrinin açılışı gözlənilir.

Xəbər lenti

Xəbər lenti