...

11 mindən artıq sürücü qayda pozuntularına görə məsuliyyətə cəlb olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2006 16:23 (UTC +04:00)

Bakı şəhərində yaranan avtomobil tıxaclarının aradan qaldırılması üçün dayanma-durma qaydalarının pozulmasına qarşı mübarizə gücləndirilərək 11 mindən artıq sürücü bu qayda pozuntularına görə məsuliyyətə cəlb olunub. Bu barədə Trend ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Pik saatlarında paytaxtın 35 küçə kəsişməsində, dairələrdə nəqliyyatın hərəkətinin yol polisi əməkdaşları tərəfindən nizamlanması təşkil edilib. Yük avtomobillərinin şəhərə daxil olmasına və hərəkətinə məhdudiyyətlər qoyulub.

Paytaxtın küçə və pospektləri müayinə edilərək 1680 yol nişanları ilə bağlı Nazirlər Kabineti və Bakı şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb. Büdcədən kənar vəsait hesabına 150 ədəd yol nişanlarının qoyulması BDYPİ tərəfindən təmin olunub.

41 min 175 avtomobilə dövlət nömrə nişanı verilib. 64 min 637 nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsi, 37 min 484 vətəndaş isə sürücülük vəsiqəsi ilə təmin olunub. 25 min 372 avtomobil ilkin, 25 min 416 maşın təkrar qeydiyyata götürülüb.

Xəbər lenti

Xəbər lenti