...

AMB bankın informasiya texnoloqiyalarının COBIT 4.0 standartlarına uyğun olmasının auditi üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2006 18:30 (UTC +04:00)

Azərbaycan Milli Bankı (AMB) bankın informasiya texnologiyalarının COBIT 4.0 standartlarına uyğun olması dərəcəsini müəyyən etmək üçün audit yoxlama üzrə və 34 İT-prosesinin hər biri üçün "maturity" modelinin hazırlanması üzrə açıq tender elan edib. Trend in AMB-nin məlumatına istinadən verdiyi xəbərə görə, bank zəmanətli tender təklifləri oktyabrın 13-dən gec olmayaraq, digər sənədlər isə oktyabrın 4-nə kimi Bakı, R. Behbudov küçəsi, 32 ünvanına göndərilməlidir. Tender təkliflərinin açılması oktyabrın 16-da baş tutacaq.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar ərizə, hüquqi statusu təsdiq edən sənədlər, maliyyə vəziyyəti və tenderdə iştirak dəyərinin ödənişi barədə bank arayışları, dəyərinin 1%-i məbləğində bank zəmanəti ilə müşayiət olunan iki nüsxədə tender təklifləri, son il üçün maliyyə vəziyyəti barədə bank arayışı, iştirakçının ixtisasının tender predmetinə uyğun olması barədə məlumat və sənədləri təqdim etməlidirlər.

Tender qalibi tədarük barədə müqavilə imzalandıqdan sonra xidmət göstərməyə başlayacaq. Xidmət müddəti 3 ay davam edəcək. Arayış üçün telefon: (+99412) 493-11-22 (356). Əlaqədar şəxslər: Əbülfəz Əliyev və İlqar Əliyev (Daxili audit departamentinin əməkdaşları).

Xəbər lenti

Xəbər lenti