Sentyabrın 14-də Bakıda Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair Birgə Daimi komissiyanın III iclası keçirilib. Trend in məlumatına görə, Azərbaycanın əmək və sosial müdafiə naziri Füzuli Ələkbərovla Türkiyənin sosial müdafiə naziri Murad Başeskioğlunun görüşündə ölkələr arasında əməkdaşlığa dair protokol barədə müzakirələr aparılıb.
Qeyd edək ki, 2005-ci ildə Ankarada keçirilmiş 2-ci iclasda imzalanmış protokol nəzərdən keçirilib. Protokolun bu günkü 3-cü iclasda imzalanacağı gözlənilir. Qeyd edək ki, sentyabrın 18-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında "Əmək və Müdafiə sahəsində əməkdaşlıq üzrə Daimi Birgə Komissiyanın 3-cü iclasının protokolu" imzalanacaq.
Qeyd edək ki, 2005-ci ildə 2-ci iclas Ankarada keçirilib, birincisi isə 2001-ci il Bakıda keçirilmişdi. Növbəti 4-cü iclas Türkiyədə keçiriləcək. Hazırda 3-cü iclasın protokoluna dair müzakirələr davam edir.