...

Bakıda Amerika-Azərbaycan biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2006 19:12 (UTC +04:00)

Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) ticarət missiyası oktyabrın 1-dən 4-dək Bakıda səfərdə olacaq. Trend in xəbər verdiyi kimi, palatanın Vaşinqton ofisinin məlumatında deyilir ki, missiyaya Amerikanın informasiya-kommunikasiya sahəsində aparıcı şirkətlərinin nümayəndələri daxildir.

Oktyabrın 2-də Amerika-Azərbaycan biznes forumunun keçirilməsi nəzərdə tutulub. Biznes forum Azərbaycan İxracat və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Amerika Ticarət Palatası (AmCham) tərəfindən birgə keçirilir. Missiya oktyabrın 3-4-də Bakıda keçiriləcək "BakuTel 2006" telekommunikasiya və informasiya texnologiyaları üzrə 12-ci Azərbaycan Beynəlxalq Sərgisinə də baş çəkəcək.

Sənəddə qeyd edilir ki, missiyanın Bakıya səfəri proqramına Azərbaycan prezidenti İlham Əliyevlə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla, iqtitsadi inkişaf naziri Heydər Babayevlə, eləcə də sənaye müəssisələrinin nümayəndələri ilə görüşlər daxildir. Amerika və Azərbaycan şirkətləri arasında birbaşa danışıqların aparılmasına xüsusi önəm veriləcək.

Xəbər lenti

Xəbər lenti