...

R.V.İnvestment Azərbaycanda qızıl yataqlarının işlənməsinə 2007-ci ilin əvvəlində başlamağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2006 17:23 (UTC +04:00)

Noyabr ayında Azərbaycanın Gədəbəy rayonunda qızıl yataqlarının istismarı üzrə iş planı hazırlanacaq və hökümətin müzakirəsinə veriləcək. Trend xəbər verir ki, bu barədə bu gün R.V.İnvestment Group Services şirkətinin başçısı Riza Vizari jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, plan gözdən keçirildikdən və təsdiq olunduqdan sonra müvafiq işlərə başlanılacaq. "Çox ehtimal ki, 2007-ci ilin I rübündə yatağın istismarı başlanacaq", - deyə o vurğulayıb.

Şirkət başçısı bildirib ki, hazırda işlənmənin yeni metodunun tətbiq edilmə imkanları qiymətləndirilir və bu, mis və qızılı ayırmağa imkan verir. "Əgər yeni metod ekoloji baxımdan yatağa ziyan verməsə və hökümət bu metodu təsdiq etsə, həmin metod tətbiq olunacaq", - deyə R.Vizari bildirib.

Yatağın işlənməsi qızıl mədənlərinin emalı üzrə xüsusi zavodun köməyi ilə həyata keçiriləcək, zavod Avstraliyada 47 mln. ABŞ dollarına alınıb.

Şirkət 1997-ci ilin avqust ayında ölkənin cənub-qərbində yataqların işlənməsi üzrə Azərbaycan hökümətilə müqavilə imzalayıb. Müqavilənin iştirak payının 49%-i RV İnvestment Services Group LLC şirkətinə, 51%-i - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin simasında Azərbaycana məxsusdur.

Xəbər lenti

Xəbər lenti