...

Oktyabrın 5-də Riqada Latviya-Azərbaycan biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2006 12:29 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri çərçivəsində oktyabrın 5-də Riqada Latviya-Azərbaycan biznes-forumu keçiriləcək.

Trend in Baltic News Service-ə istinadən xəbər verdiyi kimi, forumda ərzaq emalı, tikinti materiallarının istehsalı, kimya sənayesi və digər sahələrdə ixtisaslaşmış 60 müəssisənin təmsil olunacağı planlaşdırılır. Həmçinin, Azərbaycan və Latviya iş adamlarının birbaşa danışıqları da təşkil olunacaq. Forum Latviya nümayəndələri ilə birgə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunur.

Birinci Latviya-Azərbaycan biznes-forumu 4 oktyabr 2005-ci ildə Bakıda, Latviya prezidenti Vayra Vike-Freyberqanın (Iaira Iike-Freiberga) ölkəmizə səfəri zamanı keçirilib. Ötən il forumda əməkdaşlıq haqqında saziş bağlamış 150 Azərbayan və 50 Latviya iş adamı iştirak edib.

2005-ci ildə Latviyadan Azərbaycana ixracın həcmi 4,134 mln dollar (əvvəlki illə müqayisədə 35,2% çox), Zaqafqaziya ölkəsindən idxalın səviyyəsi isə 2,428 mln dollar (2,7 dəfə çox) təşkil edib. Azərbaycana əsasən qarışıq sahə və kimya sənayesi malları (54,55%) ixrac olunur. Onlar arasında metal və metal məmulatlarının ixrac həcmi 15,66%, heyvan və heyvandarlıq məhsullarının ixrac həcmi isə 10,13%-ə bərabərdir. Latviya Azərbaycandan mineral məhsullar (37,29%), qida məhsulları (35,13%), kimya sənayesi və qarışıq sahə məhsulları alır (24,67%). Bu ilin mayında müəssisələrin siyahısında 21 Azərbaycan-Latviya müştərək müəssisəsi qeyd olunub.

Azərbaycan prezidenti oktyabrın 4-5-də Latviyada səfərdə olacaq. O, Riqaya oktyabrın 3-də gecə gələcək.

Xəbər lenti

Xəbər lenti