...

Azərdəmiryolbankın filialları bölgələrin inkişafını dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2006 17:52 (UTC +04:00)

"Azərdəmiryolbank" ASC-nin bölgə filialları yerli sahibkarlığın inkişafını dəstəkləyərək, fəaliyyətlərini xeyli aktivləşdiriblər. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

2006-cı ilin 9 ayı ərzində bölgə kreditlərinin potfeli 82% artaraq, 16 mln. manat təşkil edib. Bankın ümumi kredit portfelində onların payı 36,4%-dək artıb.

Bölgələrdə sahibkarlığın maliyyələşdirilməsi əsasən Almaniya-Azərbaycan Fondu (AAF), Arvopa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Sahibkarlığa Yardım Milli Fondundan (SYMF) cəlb olunan vəsaitlər hesabına həyata keçirilir.

AAF-in 1 mln. avro həcmində kredit xətti Sumqayıt, Quba, Qusar, Gəncə, Şəki və Lənkəranda xırda və kiçik biznesin inkişafına yönəldilib. Bundan başqa, bank bölgələrdə AYİB-in xırda və kiçik kreditlərin verilməsi üçün $3 mln., kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün $5 mln. həcmində kredit xətlərini istifadə edir. Cari ilin 9 ayının yekunları üzrə yalnız ölkə bölgələrində bank Sahibkarlığa Yardım Milli Fondunun 1,7 mln. manat həcmində güzəştli vəsaitlərindən istifadə edib.

"Azərdəmiryolbank"-ın 13 filial və 2 şöbədən ibarət bölgə filiallar şəbəkəsi ölkənin, demək olar ki, bütün ərazisini əhatə edir. Ümumilikdə bank müştərilərə tam spektrli bank xidmətləri göstərən 26 filial və şəbəkəyə malikdir. Əhali bankın xüsusi ölkədaxili "Şimşək" və Migom, Bıstraya Poçta, Contact, Moneyqram və Travelex 5 beynəlxalq sistiemi çərçivəsində sürətli pul köçürmələri xidmətindən getdikcə daha geniş istifadə edir. Müştərilər həmçinin kommunal xidmətlərin (su, qaz və elektrik enerjisi) və mobil rabitə operatorlarının xidmətlərinin haqqını ödəmək imkanına malikdirlər.

Xəbər lenti

Xəbər lenti