...

Azərbaycan Əmək Nazirliyinin nümayəndə heyəti Fransaya yola düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2006 20:14 (UTC +04:00)

Noyabrın 4-də Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti AB-nin TASİC proqramı və Əmək Nazirliyinin "Azərbaycanda sosial müdafiə sisteminin dəyişdirilməsi" adlı birgə layihəsi çərçivəsində treninqlərdə iştirak etmək üçün Fransaya yola düşür.

Trend nazirliyin məlumatına istinadən xəbər verir ki, səfərin əsas məqsədi Fransanın sosial yardım, yoxsulluğun azaldılması və əhalinin sosial müdafiəsi sahəsində siyasəti, görülən işlərlə tanışlıqdan ibarətdir.

Azərbaycan mütəxəssisləri həmçinin yerlərdə minimal illik yardımı müəyyən edən qurumların, sosial yardım üzrə icraçı ofislərin iş mexanizmi ilə tanış olacaqlar. Fransız həmkarlarla sosial müdafiə sahəsində təcrübə mübadiləsi üçün görüşlərin keçiriləcəyi gözlənilir.

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti sosial müdafiə sisteminin təkmilləşdirilməsi üzrə respublikada keçirilən tədbirlər haqqında məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti