...

Dekabr ayında PALMALI üçün yeni quru yük gəmisi suya buraxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2006 16:28 (UTC +04:00)

2006-cı il dekabrın 20-də PALMALI Şirkətlər Qrupunun sifarişi ilə Rusiyanın Nijni Novqorod şəhərinin Krasnoe Sormovo gəmiqayırma zavodunda RSD17 layihəsi əsasında inşa edilən sayca ikinci quru yük gəmisinin suya buraxılma mərasimi keçiriləcək. Trend xəbər verir ki, quru yük gəmisi görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlının şərəfinə adlandırılıb.

PALMALI-nin Bakıdakı mətbuat xidmətindən verilən məlumata görə, gəminin dedveyti (yükqaldırma qabiliyyəti) 6 271 tondur. Onun uzunluğu 121,7 metr, eni- 16,5 metr, göyərtəsinin hündürlüyü- 6,2 metr, su altında qalan hissəsi - 5,06 metrdir. Şirkətin məlumatında qeyd olunub ki, hazırda "Mirzağa Xəlilov" gəmisi işə başlayıb. Bu gəmi Rusiyada Palmali üçün inşa edilən 5 gəmidən birincisidir və o, Rusiyada inşa edilən gəmilər arasında bütün beynəlxalq standartları üstələyən ilk gəmidir.

PALMALI Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov "Palmali Şirkətlər Qrupunun Fəxri işçisi" adlı qızıl döş nişanının təsis edilməsi ilə bağlı əmr imzalayıb. Adı çəkilən qızıl döş nişanı ilə daşınmaların səmərəliliyini artıran gəmilərdə işləyən sıravi işçilərdən tutmuş onları idarə edən heyət, gəmilərə sahildə xidmət göstərən işçilər, şirkətdə 5 ildən artıq iş stajı olanlar təltif ediləcəklər.

PALMALI şirkəti Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində yük daşınmalarını həyata keçirir. Bununla yanaşı, şirkət Rusiyanın daxili sularında yük daşınmaları üzrə liderdir. Şirkətin donanması kirayə götürülmüş gəmilər də daxil olmaqla, 120-yə yaxın yük gəmisindən ibarətdir.

PALMALI əsasən neft məhsulları (benzin, qazoyl, vakumlu qazoyl, yanacaq, ağ neft), xam neft və ərzaq və sənaye yağlarının daşınmasında ixtisaslaşıb. Şirkətə məxsus quru yük gəmiləri həmçinin bütün növ quru yüklərin daşınmasını da həyata keçirir.

Xəbər lenti

Xəbər lenti