...

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yarmarkalarda satılmış kənd təsərrüfatı məhsullarının həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2006 17:03 (UTC +04:00)

Bu günədək Bakı rayonlarının bazarlarında keçirilmiş yarmarkalarda 9198,32 ton kənd təsərrüfatı məhsulu satılıb. Bu barədə Trend ə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Belə ki, 203,4 ton ət, 207,7 ton süd məhsulu, 296,34 tondan çox konserv, 231,4 ton taxıl, 1739,17 ton meyvə, 4207,39 min ton tərəvəz, 923,37 ton kartof, 1230,69 ton bostan məhsulunın satışı həyata keçirilib.

Kənd təsərrüfatı yarmarkaları iyulun sonundan keçirilir. Məqsəd şəhər əhalisinin kənd təsərrfüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması və bu məhsulların qiymətinin bahalaşmasının qarşısını almaqdan ibarətdir.

Kənd təsərrüfatı yarmarkaları hər şənbə və bazar günləri Suraxanı, Nərimanov, Yasamal, Xətai, Nizami, Binəqədi və Nəsimi rayonlarında keçirilir.

Xəbər lenti

Xəbər lenti