...

Avstriya Azərbaycan vətəndaşlarının viza alması prosesini sadələşdirmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2006 15:58 (UTC +04:00)

Trend məlumat verir ki, bu gün Avstriyanın Rusiyadakı nümayəndəliyinin məsləhətçisi Yoxan Kauzel məlumat verib ki, 2007-ci ilin fevral ayına qədər Azərbaycandan Avstriyaya səfər edəcək şəxslər üçün viza təqdim edilməsi məsələsi həll ediləcək.

Y.Kauzel Bakıda keçirilən Azərbaycan-Avstriya biznes-forumunda iştirak edən nümayəndə heyətinə başçılıq edir.

Onun sözlərinə görə, viza alınması Azərbaycan vətəndaşlarının, eləcə də Avstriya vətəndaşlarının sərbəst hərəkət etməsi üçün ciddi problemlər yaradır. O bildirib: "Azərbaycanda bizim nümayəndəliyimizin olmaması səbəbindən Avstriyaya getmək üçün viza alınmasına görə Moskvaya getməli olurlar".

Əldə olunmuş razılaşmaya əsasən, bu proses sadələşdirilib və Bakıdakı Almaniya səfirliyi vasitəsilə viza alınması mümkün olacaq.

Bir il əvvəl vizaları Fransanın Bakıdakı səfirliyi təqdim edirdi, lakin sonradan səfirlik bu işdən imtan etdi.

O bildirib: "Danışıqlar başa çatıb. Gələcəkdə Şengen vizasının alınması üçün xidmətləri Almaniya səfirliyi göstərəcək".

Xəbər lenti

Xəbər lenti