Azərbaycan "Təbiət-2000" proqramına həsr olunmuş Avropa auditor məhkəməsinin dördüncü toplantısında iştirak edib.
Trend Azərbaycanın Hesablama Palatasına (AHP) istinadən xəbər verir ki, toplantıda Azərbaycanı auditor Cəfər Həsənov və AHP sektor müdiri Vüqar Novruzov təmsil edib.
Azərbaycan səsvermə yolu ilə Finlyandiya, Lüksemburq və Almaniya ilə yanaşı, EUROSAI ətraf mühitin auditi üzrə işçi qrupunun üzvü seçilib. Toplantı zamanı EUROSAI təşkilatının üzv-ölkələrlə keçirdiyi auditin yekunları müzakirə olunub.
Azərbaycan tərəfi iştirakçalara Xəzər akvatoriyasında nərə balığının mühafizəsi, saxlanması və çoxalması, hazırlanmış milli audit-standartlar haqqında məlumat verib. bu məsələ toplantı iştirakçılarını maraqlandırıb və 2007-ci ildə EUROSAI tədbirlər planına adıçəkilən auditin yekunlarının müzakirəsinin daxil edilməsi haqqında qərar qəbul olunub.
Ukrayna, Polşa və b. ölkələrin təklifləri əsasında Azərbaycan Çernobıl AES-in fəlakət zonası üçün ayrılmış vəsaitlərin auditi üzrə işçi qrupunun heyətinə qəbul olunub. Qrupun üzvləri Azərbaycan, Ukrayna, Polşa, İsveçrə, Slovakiya, Rusiya, Avropa auditor məhkəməsi və Avropa Yenidənqurma və İnkişaf Bankıdır.