...

Gürcüstan dəmir yolu yanacaq alınması üçün tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 15:39 (UTC +04:00)

"Gürcüstan dəmir yolu" yanacaq alınması üçün tender elan edib və marağı olan bütün fiziki və hüquqi şəxsləri tenderdə iştirak etməyə dəvət edir.

Trend xəbər verir ki, tender iki lot üzrə elan edilib - 1173637 litr həcmində

"regular" markalı, 101688 litr "super" markalı benzin alınması üçün və 5973 ton L-62 dizel yanacağı alınması üçün (göstərilən kəmiyyətin il ərzində +/- 5% dəyişilməsi mümkündür).

Məhsul alıcıya yanacaq doldurma stansiyasında (talon və plastik kartların köməyi ilə) və depoda (yük vaqonlarının köməyi ilə) tədarük edilən məhsulun təyinat yeri üzrə çatdırılır.

Tədarükün mütləq vaxtı mərhələli şəkildə, müqavilə imzalandıqdan sonra bir il ərzində olacaq.

Tədarük yeri bütün Gürcüstan ərazisidir.

Tender təklfinin dəyərini namizəd mövcud plas üzrə tender sənədlərinin qəbulu günü müəyyən etməlidir, eləcə də gəlirin marjı dəqiq göstərilməlidir.

Sənədlərin təqdim edilmə müddəti: 08 yanvar 2007-ci il, saat 9:00-dan 18:00-a qədər.

Sənədlər aşağıdakı ünvana təqdim edilməlidir: Tbilisi şəhəri, pr. Saritsa Tamara № 15, "Gürcüstan dəmir yolu" . Alış agentliyi.

Xarici ölkə nümayəndələri kvalifikasiya məlumatlarını müvafiq ölkələrin dövlət orqanları adından leqallaşdırılmış şəkildə və qanunla müəyyən olunmuş normalara uyğun təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti