Hazırda əlverişsiz hava şəraitinə baxmayaraq, Heydər Əliyev adına Bakı beynəlxalq aeroportu normal rejimdə işləyir. Bu barədə aeroportdan Trend ə bildiriblər: "Bütün istiqamətlərdə təyyərələrin həm uçuşu, həm də qəbulu həyata keçirilir".
Aeroport nümayəndələrinin sözlərinə görə, Gəncə və Naxçıvan da daxil olmaqla daxili reyslər üzrə də uçuşlar davam edir.
24-25 dekabrda Naxçıvana uçuşlar MR-də duman olması səbəbindən dayandırılmış, lakin 25 dekabr günün ikinci yarısından sonra bərpa edilmişdi.