...

Krasnoe Sormovo Palmali Group üçün "İsmayıl Şıxlı" gəmisini buraxmaqla 2007-ci ilin təhvil proqramını açıqlayb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2006 16:25 (UTC +04:00)

Krasnoe Sormovo (DNL qrupu) zavodunda Palmali Group gəmiçilik şirkəti üçün RSD17 layihəsində ikinci gəminin buraxılışı olub. Gəmi "İsmayıl Şıxlı" adlandırılıb. Müqavilədə bu layihədə beş gəmi düzəldilməsi nəzərdə tutulub, bu barədə Trend DNL-ə istinadən xəbər verir.

"Mirzağa Xəlilov" qabaqcıl gəmisi bu ilin noyabrında sifarişçilərə verilmişdi, qalan dörd gəmini 2007-ci ilin oktyabrına inşa etmək nəzərdə tutulur. Bu seriyadan olan bütün gəmilərin bünövrəsi ötən il qoyulub. "İsmayıl Şıxlı" quru yük gəmisi bu layihənin ikinci gəmisi, 2007-ci il təhvil proqramının birinci gəmisidir.

6270 ton dedveytli məhdud rayonda üzən RSD17 quru yük gəmisi, beynəlxalq standartlı 20-40 futluq konteynerlər, 9 fut hündürlüyündə metal, taxıl, meşə, kömür və başqa böyük ölçülü, ağırçıkili məhsullar da daxil olmaqla bütün növ əsas yüklərin daşınması üçün nəzərdə tutulub. Gəminin maksimal uzunluğu 121,7 m, eni-16,7 m, göyərtənin hündürlüyü 6,20 m, suya oturma dərəcəsi 5,06 m-dir. Quruyüklünün ümumi həcmi 9370 kub metr olan üç yük anbarı, 3120 kub metr həcmli ballast tankı, 234 ədəd konteyneri var. Üzmə avtonomu 20\25 sutka,sürəti 11,5 düyün, ekipajı 12-\14 nəfərdir.

Quruyüklünün layihəsi dəniz mühəndisliyi bürosunda (Odessa ş), Rusiya Dəniz Gəmiçiliyi registrində KM*LU2 1a1 sifində işlənib hazırlanıb və bütün beynəlxalq konvensiyaları təmin edir.. Gəmidə ən müasir qurğular işlədilib. Gəminin yükqaldırmasını artırmaq məqsədilə, bütün köməkçi yerlər minimuma endirilib. Ernergetika qurğusu elə seçilib ki, gedişdə və manevrlərdə yanacağa qənaət etməyə imkan verir.

Buraxılışda Palmali şirkətinin nümayəndələri, başda Nikolay Jarkov olmaqla Krasnie Sormovo zavodunun rəhbərliyi, DNL gəmiqayırması üzrə direktor Mixail Ayvazov və başqa rəsmi şəxslər iştirak edib.

Xəbər lenti

Xəbər lenti