...

Dövlət Baytarlıq Xidməti Əlibayramlıda mal-qara arasında dabağın olmaması barədə məlumat verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2007 18:53 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq xidməti Əlibayramlıda mal-qara arasında dabaq xəstəliyinin yayılması barədə yayılmış məlumatı təkzib edir. Trend in verdiyi məlumata görə, bu barədə Dövlət xidmətinin çərşənbə günü yayılmış məlumatında deyilir.

Situasiyanın aydınlaşması üçün dövlət xidmətinin yerli orqanları tərəfindən araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində məlum olub ki, şəhərdə və yaxın ərazilərdə belə xəstəlik yoxdur. Dabaq xəstəliyi üzündən mal-qaranın kəsilməsi halları müşahidə olunmayıb. Dövlət xidməti əhalini belə yalan məlumatlara inanmamağa çağırıb və bəyan edib ki, ölkədə mal-qara arasında dabaq əleyhinə daim peyvəndlər keçirilib və bu gün Azərbaycanda belə xəstəlik yoxdur.

Xəbər lenti

Xəbər lenti