...

Gürcüstan dövlət xarici borcunun dörddə birini Azərbaycana qaytarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2007 11:29 (UTC +04:00)

Gürcüstan dövlət xarici borcunun dörddə birini Azərbaycana ödəyib. Gürcüstanın Maliyyə Nazirliyindən Trend müxbirinə bildiriblər ki, hazırda rəsmi Tbilisi 10 miylon dollar həcmində olan dövlət borcunun 2,6 mln. dollarını ödəyib.

2010-cu ilə qədər borcun tam ödənilib qurtarması gözlənilir. Gürcüstan tərəflər arasında əvvəl razılaşdırılmış qrafik əsasında Azərbaycana olan dövlət borcunun ödənilməsinə davam edir.

2007-ci ildən başlayaraq Azərbaycana borcun qaytarılması tranşların illik köçürmələri şəklində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti