...

ADD: Rusiyadan sərnişin axınının artması RF –nin miqrasiya haqqında yeni qanunvericiliyi ilə əlaqədar deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2007 15:37 (UTC +04:00)

Hazırda Azərbaycanın dəmir yolları vasitəsilə sərnişindaşınmada şimal istiqamətindən sərnişinlərin artımı müşahidə olunur. ADD-nin sərnişin xidmətindən Trend ə verilən məlumata əsasən, "hazırki artım indiki zaman üçün adi haldır və mövsümi xarakter daşıyır".

Sərnişin xidmətindən qeyd ediblər ki, analoji sərnişin axınının 3-5% artımı ötən illərin bu vaxtlarında da müşahidə edilib.

Hazırda qatarlar praktiki olaraq 100% dolu gəlir. Bu ən əsası Bakı-Moskva və Bakı-Tümen istiqamətlərində müşahidə olunur.

"Lakin bununla yanaşı, Bakıdan da Moskva və Tümen istiqamətlərinə 100% dolu qatarlar yola düşür, buna görə də sərnişin axınının artımını Rusiyanın yeni miqrasiya qanunvericiliyi ilə əlaqəlndirmək düzgün deyil", deyə ADD-nin sərnişin xidməti qeyd edib.

Xəbər lenti

Xəbər lenti