...

Belarus Azərbaycanda milli sərgi keçirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2007 13:51 (UTC +04:00)

Nazirlər Şurasının 2 fevral tarixli qətnaməsi ilə təsdiq olunmuş, 2007-ci ildə xaricdə Belarusun milli sərgi və ekspozisiyalarının keçirilməsi planına əsasən, Azərbaycanda Belarusun milli sərgisinin keçirilməsi planlaşdırılır. Analoji tədbirin Vyetnam, Polşa, Özbəkistan, Qazaxıstan və Litvada da keçirilməsi nəzərdə tutulub. Bu barədə Trend Belarus respublikasının Nazirlər şurasının məlumatına istinadən xəbər verir.

Sənədə əsasən, respublika yerli texnologiyaların, elmi işlərin, mal və xidmətlərin xarici bazara yeridilməsinə yardım məqsədilə 2007-ci ildə 12 ölkədə 16 milli sərgi və ekspozisiya keçirəcək.

Sərgi və ekspozisiyaların təşkilatçıları qismində Ticarət, Xarici İşlər Nazirlikləri, Belarus ticarət-sənaye palatası, "Belekspo", "Texnika və kommunikasiya" QSC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti