...

BVF missiyasının rəhbəri: Tariflərin artırılması inflyasiyanın artmasına səbəb olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2007 20:01 (UTC +04:00)
BVF missiyasının rəhbəri: Tariflərin artırılması inflyasiyanın artmasına səbəb olmayacaq

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Yanvar ayında enerji daşıyıcıları və kommunal xidmətlərə olan qiymət artımının Azərbaycanda istehlakçı qiymətlərinin indeksinin artımına təsiri 2007-ci ildə dörd faizlik bəndlər səviyyəsində gözlənilir. Bu barədə bu gün Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə departament direktorunun müavini Vitali Kramarenko bəyan edib.

Onun fikrincə, yanvar ayında tariflərin artılırması Azərbaycanda inflyasiyanın artımına səbəb olmayacaq.

"Azərbaycan hökuməti ilə inflyasiya artımının qarşısını almaq üçün əlavə tədbirlərin həyata keçirilməsi barədə müzakirələr aparılıb", deyə o, bildirib.

Vitali Kramarenko 2007-ci ilin yanvarında müşahidə edilmiş inflyasiya artımının templərinin azalmasını istisna etməyib (2006-cı ilin yanvarına nəzərən 17%).

"BVF Azərbaycan hökumətinə inflasiyanın artım templərinin azaldılması üçün köməklik göstərməyə hazırdır", deyə o, qeyd edib.

BVF Azərbaycan hökumətinə büdcə xərclərinin artım tempinin azaldılmasını, pul-kredit siyasətinin sərtləşdirilməsi, faiz tarifinin artırılması və çevik kurs mübadilə siyasətinin dəstəklənməsi barədə məsləhət edib.

"Hökumət Fondu pul-kredit siyasətinin gücləndirilməsi imkanları və bir çox struktur tədbirləri barədə məlumatlandırıb. Lakin hökumət BVF-na 2007-ci il büdcə xərcəlirinin artımının azaldılmasının mümkün olmadığını bildirib. Büdcə xərclərinin artım tempinin azaldılması 2008-ci ildən başlayaraq mümkün ola bilər", deyə o, bildirib.

Xəbər lenti

Xəbər lenti