...

Bu il Bakıda 7 körpü və 11 keçid təhvil veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bu ilin sonuna qədər Bakıda 7 körpü, 11 keçid istismara veriləcək. Bu barədə məlumatı Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədov verib.

Bu il nazirlik həmçinin ikinci Bakı dairəvi yolunun tikintisi və Metronun "Məşədi Əzizbəyov" stansiyasından "Heydər Əliyev adına Beynəlxalq Hava Limanı"na qədər olan yolun 8-12 zolaqlı yol olaraq genişləndirilməsi işlərini davam etdirmək niyyətindədir.

2007-ci il ərzində Nəqliyyat Nazirliyi Azərbaycan Prezidentinin Bakı şəhərinin nəqliyyat infrastruktrunun təkmilləşdirilməsi barədə sərəncamına uyğun olaraq 11 yol ötürücüsünün layihələndirilməsini bitirib tikinti işlərinə başlayacaq.

Xəbər lenti

Xəbər lenti