...

ABŞ Azərbaycanın Baytarlıq Xidmətinə "quş qripi" ilə mübarizə çərçivəsində avtomobillər ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 13:28 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ABŞ hökuməti Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə "quş qripi"nə qarşı mübarizə çərçivəsində 4 minik maşını ayıracaq. Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

"Quş qripi"nə qarşı mübarizə çərçivəsində Dövlət Xidməti tərəfindən Dünya Bankına 4,5 mln. dollar məbləğində avadanlıq, cihaz və laboratoriya qurğularının siyahısı təqdim olunub.

2006-cı ildə "quş qripi"nə qarşı mübarizədə Azərbaycana əsasən Asiya İnkişaf Bankı, ABŞ-ın Bakıdakı səfirliyi, FAO və digər beynəlxalq təşkilatlar yardım edib.

Beynəlxalq təşkilatlar və xarici ölkələrin hökumətləri ilə yanaşı "quş qripi"nə qarşı mübarizə çərçivəsində Azərbaycanın dövlət büdcəsindən də xeyli vəsait ayrılıb. 100-dən çox nəqliyyat vasitəsi, təqribən min ton dezinfeksiyaedici maddələr, mühafizə vasitələri, xüsusi geyim, çiləyicilər, müayinə və diaqnositika üçün PZR əv ELIZA, həmçinin laboratoriya cihazları, diaqnostikumlar alınıb.

"Quş qripi"nin qarşısının alınması üçün beynəlxalq təcrübənin öyrənilməsi və müasir diaqnostika metodlarının mənimsənilməsi üçün ötən il təşkilatın əməkdaşları müxtəlif vaxtlarda Moskva, Paris, Ankara, Kiyev, Makedoniya, Qahirə, Roma, Tehran və digər xarici ölkələrdə simpozium və treninqlərdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti