...

Azərbaycan parlamenti Bakı-Tbilisi-Qars layihəsi üzrə sazişi ratifikasiya edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2007 14:05 (UTC +04:00)
Azərbaycan parlamenti Bakı-Tbilisi-Qars layihəsi üzrə sazişi ratifikasiya edib

Azərbacyan,Bakı/müxbir Trend İ.Əlizadə/Çərşənbə axşamı Azərbaycan parlamenti Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üzrə fevralın 7-də imzalanmış sazişi ratifikasiya edib.

Milli Məclis spikerinin müavini Valeh Ələsgərov bildirib ki, saziş bütün tərəflərin maraqlarını əks etdirir.

V.Ələsgərov söyləyib ki, sazişin şərtlərinə əsasən tərəflər arasında hər hansı bir mübahisənin yaranacağı təqdirdə məsələ məhkəmə yolu ilə həll oluna bilməz.

"Bu, bütün detalları ölkə hökumətləri tərəfindən razılaşdırılacaq hökumətlərarası müqavilədir" - deyə V.Ələsgərov bildirib.

Sazişdə bildirilib ki, tərəflər öz ölkələri ərazisindən yükdaşınmasını milli maraqlara zidd olmadığı, ölkə təhlükəsizliyi üçün təhlükə yaratmayacağı təqdirdə təşkil etməlidirlər. Azərbaycan, Gürcüstan və Türkiyədə layihənin yerinə yetirilməsini koordinasiya edəcək xüsusi strukturlar yaradılır.

Türkiyənin "Yuksel Domanik" şirkəti mayın sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin yenidən qurulması layihəsi üzrə texniki iqtisadi əsaslandırma işini başa çatdıracaq.

Xəbər lenti

Xəbər lenti