...

Nazir: "Azərbaycan Hindistanı investisiya baxımından maraqlı hesab edir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2007 14:56 (UTC +04:00)
Nazir: "Azərbaycan Hindistanı investisiya baxımından maraqlı hesab edir"

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Azərbaycan hökuməti Hindistanı investisiya bazarlarından biri kimi nəzərdən keçirməyə hazırdır. Bunu iqtisadi inkişaf naziri Heydər Babayev Hindistanın kommersiya üzrə dövlət naziri Cayram Rameşlə keçirdiyi görüşdə deyib. "İnvestisiya imkanlarının genişləndirilməsi baxımından Hindistan bazarı bizim üçün maraqlıdır. Biz investisiya yatıracağımız xarici ölkələri müəyyənləşdirməliyik və Hindistanı belə bazaralardan biri hesab etmək olar" - deyə o bildirib. Babayevin sözlərinə görə, bu görüş iqtisadi əməkdaşlığa təkan verməlidir. Hindistanla informasiya texnologiyalarından tutmuş təhsil sahəsinə qədər əməkdaşlıq etmək üçün imkanlar var. "Əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi informasiya texnologiyaları sahəsi ola bilər, çünki Hindistan İT-texnologiyaları sahəsində qabaqcıl ölkələrdən biri hesab olunur. Kənd təsərrüfatı mallarının emalı sahəsini də nəzərdən keçirmək olar. Doğrudur, Azərbaycan inkişaf etmiş aqrosənaye sahəsinə malikdir, bununla belə Hindistanın da emal sahəsində böyük təcrübəsi var" - deyə o vurğulayıb.

Rameş isə Hindistanı informasiya texnologiyaları sahəsində qabaqcıl ölkə kimi dəyərləndirərək, proqram təchizatı, kənd təsərrüfatı mallarının emalı, habelə əczaçılıq sahəsində geniş təcrübəyə malik olduğunu qeyd edib. Bununla yanaşı Rameş hesab edir ki, Hindistan Azərbaycanla ticarətdən çox, investisiya sahəsində əməkdaşlığa ümid edir. Onun fikrincə, əczaçılıq sahəsində birgə müəssisələrin yaradılması maraqlı olardı.

Xəbər lenti

Xəbər lenti