...

Belarusun baş naziri: Azərbaycanla birgə layihələrin dəyəri 1 mlrd. dollar təşkil edəcək (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2007 15:02 (UTC +04:00)
Belarusun baş naziri: Azərbaycanla birgə layihələrin dəyəri 1 mlrd. dollar təşkil edəcək (video)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Yaxın iki ildə Belarus və Azərbaycan arasında mal dövriyyəsinin potensial artımı təqribən miylard dollar təşkil edəcək. Bu barədə çərşənbə günü Bakıda Azərbaycanda Belarus sənaye sərgisinin açılışında Belarusun baş naziri Andrey Kobyakov bildirib.

Nazirin sözlərinə görə, keçən mal dövriyyəsi 37 mln. dollar təşkil edib.

"Bu azdır. Yaxın illərdə mal dövriyyəsi 200-300 mln. dollar artırılmalıdır, lakin bizim ümumi potensialımız təxminən milyard dollara uyğundur", deyə o bildirib.

Belarus sahibkarlarının Gəncə avtomobil zavodunda birgə işi bərpa olunmuş ticarət-iqtisadi əməkdaşlığın göstəricisidir.

"Gələcək planlara həmçinin bizim soyuducu zavodumuz ilə də əməkdaşlıq daxildir. Bizim sahibkarlar Azərbaycanda soyuducuların istehsalını təşkil edə bilər", deyə o bildirib.

Onun sözlərinə görə, planlara həmçinin Azərbaycanda Belarus qaz sayqacları və "Horizont" televizorlarının istehsalı daxildir.

"Neft-kimya sahəsində reallaşdırmaq istədiyimiz çoxlu sayda investisiya layihələri var, neft məhsullarının idxalı imkanı var", deyə Kobyakov bildirib.

Xəbər lenti

Xəbər lenti