...

Sahibkarlar Konfederasiyasının rəhbəri: "Azərbaycanda biznesin inkişafına korrupsiya və inhisarçılıq mane olur" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2007 14:43 (UTC +04:00)
Sahibkarlar Konfederasiyasının rəhbəri: "Azərbaycanda biznesin inkişafına korrupsiya və inhisarçılıq mane olur" (video)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycan Sahibkarlar Milli Konfederasiyası İqtisadi İnkişaf Nazirliyinə (İİN) "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı" layihəsi təqdim edib. Konfederasiyanın prezidenti Ələkbər Məmmədov proqramın 2007-2012-ci illəri əhatə etdiyini söyləyib.

Məmmədovun sözlərinə görə, təkliflər paketinə gender bərabərliyi və qadın sahibkarlığının inkişafı da daxil olmaqla ölkədə biznesin əsas inkişaf problemlərinin həlli üsulları daxildir.

Təkliflər sırasında həmçinin gənclərin kiçik və orta sahibkarlıq sahəsində məşğulluğu ilə bağlı dövlət proqramının layihəsi də var.

"Sağlam sahibkarlığın inkişafı üçün ölkədə biznes rəqabətliliyinin inkişafı ilə bağı təkliflər də bu zərfdə özünə yer alıb. Bu ölkənin ÜTT-yə qəbulla bağlı dövlət proqramına da müsbət təsir edəcək" -deyə Məmmədov bildirib.

Dördüncü təklif sahibkarlıq təşkilatlarında dünya standartlarının qəbul olunması üçün ölkədə lazımi əməyin təmin olunması proqramıdır.

Onun sözlərinə görə, bu gün Azərbaycanda sahibkarlığa 53 faiz mane olan faktor korrupsiyadır.

"Biznesin inkişafına həmçinin inhisarçılıq da mane olur" - deyə o söyləyib.

Məmmədov qeyd edib ki, son zamanlar korrupsiyanın ən çox hiss olunduğu orqanlar sırasında ilk yerdə torpaq sahələrinin verilməsi ilə məşğul olan orqanlar, ikinci yerdə isə məhkəmə orqanlarıdır.

Konfederasiyanın ölkədə sahibkarlığın inkişafına mane olan amillərlə bağlı apardığı sorğusunun nəticələri aşağıdakı kimi olub:

Amillər Bakı Gəncə Əli Bayramlı Mingəçevir Cəmisi
Korrupsiya 48% 60% 57% 47% 53%
İnhisarçılıq 42% 10% 23% 27% 26%
Yüksək vergilər 4% 20% 10% 7% 10%
Qanunsuz yoxlamalar 6% 8% 7% 7% 7%
Cavab verməkdə çətinlik çəkirəm 0% 2% 3% 7% 3%

Azərbaycan Sahibkarlar Konfederasiyası 1999-cu ildə Bakıda yaradılıb. Hazırda Konfederasiyada 2500 sahibkarlıq subyekti, həmçinin təqribən 35 sosial və iqtisdai assosiasiya birləşib.

Xəbər lenti

Xəbər lenti