...

Azad İstehlakçılar Birliyi: "Azərbaycanda ət məhsullarının qiymətinin azalacağı gözlənilir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2007 18:05 (UTC +04:00)
Azad İstehlakçılar Birliyi: "Azərbaycanda ət məhsullarının qiymətinin azalacağı gözlənilir"

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azad İstehlakçılar Birliyi yaxın zamanlarda Azərbaycanın ət bazarında qiymətlərin azalacağını proqnozlaşdırır. Çərşənbə günü Birliyin sədri Eyyub Hüseynovun bildirdiyinə görə, yayda ət məhsullarının qiyməti 5-8 faiz azalacaq. O, bunu mövsümi ucuzlaşma ilə əlaqələndirib.

Bir müddət öncə ölkəyə ABŞ-dan quş əti idxalına qadağanın götürülməsini qeyd edən Hüseynov bunun qiymətlərə təzyiq etməyəcəyini bildirib.

ABŞ-dan quş ətinin idxalına qadağa qış aylarında ABŞ-ın bəzi regionlarında quş qripi virusu aşkarlandıqdan sonra əhalini qorumaq məqsədi ilə qoyulmuşdu.

"Mən ABŞ-dan ət idxalının qəti əleyhinəyəm. Amerika kənd təsərrüfatında yemlərdə şəkli dəyişdirilmiş genetik orqanizmlərdən geniş istifadə edir ki, bu da istehlakçının sağlamlığı üçün təhlükəlidir" - deyə o söyləyib. Genetik biotexnologiya bir çox məhsulların, tərəvəz, meyvə, yumurta, süd və ətin alınmasında, becərilməsində yüksək məhsuldarlığa nail olmağa imkan yaradır. Genetik formanın dəyişdirilməsi texnikasının köməyi ilə qısa zamanda məhsuldarlığın artmasına nail olmaq mümkündür ki, bu da öz növbəsində məhsulun qiymətinin aşağı düşməsinə səbəb olur.

Xəbər lenti

Xəbər lenti