...

ADDY: "Azərbaycan qatarların keçidi üçün təminatlar verildiyi halda Bakı-Qroznı dəmir yolu marşrutu ilə işləməyə hazırdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2007 12:53 (UTC +04:00)
ADDY: "Azərbaycan qatarların keçidi üçün təminatlar verildiyi halda Bakı-Qroznı dəmir yolu marşrutu ilə işləməyə hazırdır"

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Rusiya Çeçenistan Respublikası ərazisi ilə dəmir yol xəttinin bərpası ilə bağlı hələlik Azərbaycana müraciət etməyib. Bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) idarəsindən məlumat veriblər.

Rusiya KİV-lərinin məlumatlarına görə, Bakı-Qroznı dəmir yolu marşrutunun açılması ilə bağlı danışıqlar Çeçenistan prezidenti Ramzan Kadırovla Şimali-Qafqaz dəmir yolunun rəhbəri Vladimir Qalastokov arasında aparılıb.

Nəqliyyat ekspertlərinin fikrincə, Azərbaycan Çeçenistan ərazisi ilə keçən ilə dəmir yol xəttini bərpa edə bilər. Bir şərtlə ki, qatarların bu respublikadan keçməsinin təhlükəsizlik təminatı verilsin.

ADDY-də qeyd ediblər ki, Çeçenistan marşrutundan bu respublikada hərbi əməliyyatlar başlayanədək istifadə olunurdu. Lakin sonradan təhlükəsizlik məsələləri ucbatından yüklərin daşınması Dağıstan vasitəsi ilə həyata keçirilməyə başlayıb.

Dağıstan marşrutu Çeçenistan marşrutundan bir qədər uzundur. Çeçenistan istiqaməti ölkənin Avropa hissəsinə daşımalar üçün daha əlverişlidir. İlkin mərhələdə təhlükəsizlik təminatı verildikdən sonra bu istiqamətlə yalnız yüklər daşına bilər. Gələcəkdə isə bu marşrutla sərnişin daşımalarını da həyata keçirmək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti