...

Azərbaycanda "Piyada" adı altında yol hərəkəti təhlükəsizliyi aylığı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Respublikada "Piyada" şərti adı altında yol hərəkəti təhlükəsizliyi aylığı keçiriləcək. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən çərşənbə axşamı Trend ə verilən məlumata görə, aylıq iyunun 15-dən iyulun 15-dək davam edəcək. Aylıq piyadalar arasında intizamın möhkəmləndirilməsi sahəsində tədbirlərin səmərəsinin artırılması məqsədi daşıyır.

İdarədən bildirilib ki, son vaxtlar piyadalarla bağlı baş verən qəzalar artıb. Təkcə bu ilin 5 ayı ərzində piyadaların vurulması ilə bağlı 508 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 145 nəfər həlak olub, 398 nəfər yaralanıb. Bu hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 48,6, Bakı şəhərində isə 56 faizini təşkil edir.

Dövlət Yol Polisi İdarəsi aylıq ərzində bütün hərəkət iştirakçılarını intizamlı olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti