...

Rabitəbank imtiyazlı səhmlərini emissiya etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2007 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Rabitəbank" ASC-nin imtiyazlı adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alıb. Bu barədə cümə axşamı Bakı Fond Birjasının yaydığı məlumatda göstərilib. Emissiyanın həcmi 530 000 AZN, bir səhmin nominal dəyəri 20 AZN təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində "Azəriqazbank" Səhmdar İnvestisiya Bankı çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti