...

Dövlət Xidmətinin rəhbəri : "Abşeronda sənaye əhəmiyyətli torpaqların azalmasının səbəbi onların bələdiyyələr tərəfindən satılması ilə əlaqədardır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2007 18:36 (UTC +04:00)
Dövlət Xidmətinin rəhbəri : "Abşeronda sənaye əhəmiyyətli torpaqların azalmasının səbəbi onların bələdiyyələr tərəfindən satılması ilə əlaqədardır"

Azərbaycan, Bakı /müx. Trend S.İlhamqızı/ Daşınmaz Əmlakın Dövlət Reyestrinin rəhbəri Arif Qaraşovun çərşənbə günü bələdiyyələrin paytaxtda keçirilən ümumrespublika toplantısında verdiyi məlumata görə, Abşeron yarımadasının torpaqlarının yarısı Bakı şəhərinin qəsəbə bələdiyyələri tərəfindən satışa qoyulub. Qaraşov qeyd edib ki, xidmətin əməkdaşları belə halların qarşısının alınması üçün ciddi tədbirlər görür.

Qaraşov deyib ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları bu kimi halların qarşısının alınması üçün ciddi tədbirlər görur: "Prosesin qarşısı indidən alinmazsa gələcəkdə çox ciddi problemlərlə üzləşmək məcburiyyətində qalmalı olacağıq" - deyə Xidmət rəhbəri vurğulayıb.

Qaraşovun sözlərinə görə, Abşeron ərazisində olan sənaye əhəmiyyətli torpaqların dövriyyədən çıxarılaraq həcminin ilbəil azalması məhz bələdiyyələrin torpaqları satışa çıxarması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti