...

Baş nazir: "Gürcüstan hökuməti aqrar sahəyə yardım proqramı hazırlayır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2007 14:56 (UTC +04:00)
Baş nazir: "Gürcüstan hökuməti aqrar sahəyə yardım proqramı hazırlayır"

Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxalia/ Gürcüstan hökuməti ölkənin aqrar sektoruna yardım göstrərmək üçün fövqəladə tədbirlər həyata keçirmək niyyətindədir. Çərşənbə günü hökumətin iclasında baş nazir bildirib ki, fövqəladə proqram çərçivəsində görüləcək konkret tədbirlər haqqında əhaliyə əlavə məlumatlar veriləcək.

Bu bəyanatı Zurab Noqaideli Marneulidə (Kvemo Kartli regionu) emal zavoduna səfərindən sonrakı təəssüratlarını bölüşərkən bildirib.

Onun sözlərinə görə, 80-85 nəfərin çalışdığı tomat konservləri istehsal edən müəssisədə pomidor istehsal edən bir neçə min ailə işləyə bilər.

Baş nazir həmçinin dünən səfər etdiyi Rustavi metallurgiya zavodundakı vəziyyətə də toxunub. O qeyd edib ki, hazırda zavodun ştatı 1 300 nəfərdir, halbuki sovet dövründə 16 000 nəfər bu zavodda çalışırdı.

"Amma bu da uğurdur, belə ki, iki il əvvəl istehsal dayanmışdı" - deyə o bildirib.

2009-cu il investisiya silsiləsi başa çatana qədər müəssisədə 6-6,45 min nəfər işləyəcək. Müəssisənin reabilitasiyasına Britaniyanın "Stemkor" firması 250-300 mln. dollar xərcləyəcək. "Bu, müəssisədə tikinti armatur istehsalına və 60 mln. dollar dəyərində məhsul ixrac etməyə imkan verəcək" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti