...

"Unileasing" şirkəti portfelinin artım həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ "Unileasing" şirkətinin məlumatında bildirilir ki, "Unileasing" QSC-nin lizinq portfeli iyulun 1-də 17, 7 mln. manat təşkil edib. Cari ilin aprel-iyun ayları ərzində portfelin artımı 26% təşkil edib.

İyunun əvvəlində şirkət tərəfindən 236 müqavilə üzrə 26 mln. manat həcmində 580 obyekt lizinqə təqdim olunub.

Şirkətin portfelinin ümumi strukturu lizinqə təqdim olunan avadanlığın növləri üzrə aşağıdakı kimidir:

Tikinti texnikası - 42,17%

Yük avtomobilləri - 10,82%

Minik avtomobilləri - 6,26%

Daşınmaz əmlak - 6,69%

Dəmir yol nəqliyyatı - 12,65%

Bank avadanlığı - 1,27%

İstehsalat avadanlığı - 1,96%

Xüsusi avadanlıq - 14,59%

Tibbi avadanlıq - 3,44%

Digər - 0,15%

"Unileasing"in təsisçiləri "UNİBANK" kommersiya bankı (66,7%) və Avropa Yenidənqurma və İnkişaf Bankıdır (33,33%).

Xəbər lenti

Xəbər lenti