...

Əli Bayramlıda "Bank Respublika"nın filialı açıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A. Bədəlova/ Bank Respublika bölgələrdəki fəaliyyətinin genişləndirilməsi məqsədilə Əli Bayramlı şəhərində filial açıb. Filialın əhali, şirkətlər və təşkilatlara təklif etdiyi xidmətlər arasında kassa xidməti, depozitlər, istehlak və biznes kreditləri, MasterCard və VISA sistemlərinin plastik kartları, Western Union, Contact, Migom, Coinstar, PrivatMoney, Bıstraya poçta, Xpress Money və Blizko sistemləri üzrə təcili pul köçürmələri və digərlər var.

Hazırda Bank Respublika Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Quba, Xaçmaz, Lənkəran, Yevlax, Bərdə, Şəmkir və Göyçayda 13 filial və 7 şöbəyə, habelə həftənin bütün günlərində sutka ərzində müştərilərə xidmət göstərən Ofis24-ə malikdir. Bank Respublika gələcəkdə də Bakı və digər bölgələrdə filial və şöbə şəbəkəsinin genişləndirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti