Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan 15,9 faizlik göstərici ilə keçmiş sovet ölkələri arsında inflyasiyanın səviyyəsinə görə ikinci yeri tutur. Bu barədə MDB Dövlətlərarası Statistoika Komitəsinin məlumatında göstərilib.
Bu göstəriciyə görə birinci yerdə 18,3 faiz inflyasiya ilə Tacikistan durur. Müvafiq olaraq, Moldova - 11,4 faiz, Ukrayna - 11,2 faiz, Rusiya - 9 faiz, Gürcüstan - 8,6 faiz, Qazaxıstan - 8,1 faiz, Belarus 7,4 faiz, Qırğızıstan 5,1 faiz göstəriciyə malik olub.