...

Azərbaycan və Rusiya elektrik enerjisinin alqı-satqısına dair yeni müqavilə imzalamayacaq

Energetika Materials 19 Dekabr 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Azərbaycan və Rusiya "Rusiya EES" RAO enerji holdinqinin ləğv edilməsi ilə bağlı elektrik enerjisinin alqı-satqısına dair yeni müqavilə imzalamayacaq. Bu barədə çərşənbə günü "Azərenerji" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Onun sözlərinə görə, müqavilə "Azərenerji" SC ilə "Rusiya EES" RAO-ya daxil olan "İnter RAO EES" (Rusiya ərazisində elektrik enerjisinin idxal-ixracı ilə məşğul olan operator) arasında imzalanıb.

Bununla yanaşı "İnter RAO EES" ləğv edilməyəck və yeni müqavilənin bağlanmasına lüzum yoxdur.

"Rusiya EES" RAO enerji holdinqinin səhmdarları monopoliyanın yenidən təşkil edilməsi və onun 2008-ci ilin yayında ləğv edilməsinə səs veriblər.

Qarşılıqlı elektrik enerjisi tədarükü üzrə mövcud müqavilənin şərtlərinə müvafiq olaraq, tərəflərin narazılığı olmadığı təqdirdə müqavilənin müddəti uzadılır.

Rusiyadan Azərbaycana enerji idxalı 2006-cı ildə dəyişdirilən 1 kVt/saat üçün 3,636 sentlik tarif üzrə həyata keçirilir. Rusiya üçün Azərbaycan elektrik enerjisinin satış dəyəri 2007-ci ildə1,58-dən artırılaraq 1 kVt/ saat üçün 1,8 sent təşkil edib.

Xəbər lenti

Xəbər lenti