...

Azərbaycan neftinin qiyməti: 17-21 dekabr həftəsinin xülasəsi

Energetika Materials 24 Dekabr 2007 19:16 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 17-21 dekabr  həftəsinin xülasəsi

Azərbaycan,Bakı/ Trend , müxbir A. Bədəlova/17-21 dekabr həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $92,01/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,35/barr çoxdur.

17-21 dekabrda AZERI LT neftinin maksimal qiyməti $92,47/barr, minimal qiyməti isə $91,3/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Həmin həftədə Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $85,24/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,43/barr azdır.

URALS neftinin maksimal qiyməti $85,78/barr, minimal qiymət isə $84,44/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

17-21 dekabrda Brent Dated neftinin orta qiyməti $90,86/barr təşkil edib, ki, bu da ötən həftənin orta qiymətindən $0,47/barr çoxdur. Maksimal qiyməti $91,5/barr, minimal qiymət isə $90,14/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti