...

Azərbaycanda iri elektrik paylayıcı şəbəkələr idarəetməyə verilib

Energetika Materials 16 Yanvar 2008 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir İ.Xəlilova/ Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi Sumqayıtın elektrik paylayıcı şəbəkəsini ("Sumqayıtelektrikşəbəkə" ASC-yə daxildir) və Azərbaycanın şimal-qərbindəki "Şəki regional elektrik paylayıcı şəbəkə" MMC-ni Xazar İnvest Azərbaycan Şirkətinin idarəetməsinə verir. Bu barədə çərşənbə günü Komitənin rəhbəri Kərəm Həsənov məlumat verib.

Şərtlərə əsasən, idarəetməyə verilmə haqqında müqavilələrin müddəti, əvvəlki kimi 25 il deyil, 5 il təşkil edəcək. Bu müddətin başa çatanadək investor bütün tələbləri yerinə yetirməzsə, müqavilə beş il də uzadıla bilər.

Digər şərtə görə isə, şəbəkənin aktivləri dövlətin sərəncamında qalacaq. İnvestor yalnız onları idarə edəcək. Həsənovun dediyi kimi, "biz konsession müqavilələrə keçirik".

Xazar İnvest beş il ərzində Sumqayıt Şəbəkəsinə 85, Şəki Regional Şəbəkəsinə isə, 11 mln. dollar investisiya qoymağı öhdəsinə götürür.

Həsənovun sözlərinə görə, investor əhaliyə fasiləsiz elektrik enerjisi verilməsini təmin etməli, itkiləri azaltmalı, vəsait toplanmasını artırmalı və verilmiş elektrik enerjisinə görə "Azərenerji" SC-yə ödəmələri vaxtında həyata keçirməlidir. Şərtlər yerinə yetirilmədiyi halda, müqavilə ləğv ediləcək.

Əvvəllər Sumqayıt Şəbəkəsini Türkiyənin Barmek Şirkəti idarə edirdi. Lakin razılaşmanın şərtləri pozulduğundan, müqavilə ləğv edilib. Şirkətin rəhbəri Hüseyn Arabula və Şirkətin bəzi işçilərinə qarşı cinayət işi qaldırılıb.

46 rayonun şəbəkəsi sırasında Şəki Şəbəkəsini Azərbaycanın Bayva şirkəti idarə edirdi. Lakin o, investisiya üçün vəsaitlərin yoxluğu səbəbindən, müqaviləni pozub.

Xəbər lenti

Xəbər lenti