Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir A.Bədəlova / Yanvarın 28- də CİF liman Auqusta şərtlərilə Azərbaycan neftinin qiyməti $91,99/barelə çatıb. 1997- ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumatda deyilir ki, bazar ertəsi neftin qiyməti, cümə günü ilə müqayisədə, $0,26/barel enib.
"Azeri Light" növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.
ARNDŞ- dən bildiriblər ki, yanvarın 28- də FOB Türkiyənin Ceyhan Limanı şərtləri ilə Azərbaycan neftinin qiyməti $90,62/ barel təşkil edib və bu, əvvəlki qiymətdən $0,45/barel aşağıdır.
Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URALS növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URALS şəklində satılır.
Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan neftindən geri qalır.
Yanvarın 28- də Novorossiysk limanından yüklənmə ilə URALS neftinin qiyməti $86,31/barel təşkil edib və bu, əvvəlki qiymətdən $0,11/barel çoxdur.
Şimal dənizində hasil edilən Brent Dated etalon növü ilə də oxşar haldır. Yanvarın 28-də "Brent Dated" neftinin bir barelinin qiyməti $90,97/barel çatıb və əvvəlki qiymətdən $0,06/barel az olub.