...

Amerikanın "JP Morgan" bankı 2008-2009-ci illlərdə neftin qiymətinin azalacağını proqnozlaşdırıb

Energetika Materials 29 Fevral 2008 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir A.Bədəlova / ABŞ-ın ən böyük üçüncü bankı olan "JP Morgan"nın proqnozlarına görə, 2008-ci ildə WTI markalı Amerika neftinin bareli, orta hesabla76,50 dollar, "Brent Dated" Şimal dənizi etalon xammalı isə, orta hesabla, bareli 76 dollara satılacaq.

Cümə günü "JP Morgan" bankının baş ofisindən Trend a verilən məlumata görə, 2009-cu ildə WTI markalı neftin orta qiyməti bareli 90 dolları təşkil edəcək. "2009-cu ildə "Brent Dated"in orta qiyməti bareli 69 dollar olacaq"-deyə "JP Morgan"dan bildirilib.

Bu həftə dünya bazarında neftin1barelinin qiyməti 102 dolları ötüb. Light Sweet fyuçersi ilə sazişli neft növü isə, rekord həddə - bareli 101 dollara çatıb. Neftin Brent növünün yeni rekord həddi bareli 100,25 dollara satılıb.

Neftin qiymətinin artması dünya valyuta bazarında dolların zəifləməsi ilə bağlıdır. Qiymətlərin artımı bir avronun 1,5 dolları keçməsilə müşahidə olunur.

Bankın analitikləri hesab edirlər ki, ABŞ-ın gözlənildiyindən az iqtisadi artımı neftə olan tələbatın azalmasına gətirib çıxara bilər. Bu da 2008-ci ilin ikinci yarısında və 2009-cu ildə neftin qiymətinin 2007-ci ilin sonu, 2008-ci ilin birinci yarısına azalmasına gətirib çıxaracaq.

.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti