...

Azərbaycan neftinin qiyməti: 25-29 fevral həftəsinin yekunları

Energetika Materials 4 Mart 2008 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart / Trend , müxbir A.Bədəlova/ 25-29 fevral həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $100,99/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,33/barr çoxdur.

25-29 fevral həftəsində AZERI LT neftinin maksimal qiyməti $102,64/barr, minimal qiyməti isə $99,66/barr tiəşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

25-29 fevral həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $93,93/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,46/barr çoxdur.

25-29 fevral həftəsində URALS neftinin maksimal qiyməti $95,12/barr, minimal qiymət isə $92,6/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

25-29 fevral həftəsində Brent Dated neftinin orta qiyməti $99,16/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,38/barr çoxdur.

Brent neftinin maksimal qiyməti $100,99/barr, minimal qiymət isə $97,44/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti