...

Yanvar-fevral aylarında Azərbaycan "Şahdəniz"dən təxminən 370 mln. kubmetr qaz alıb

Energetika Materials 7 Mart 2008 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend / Yanvar-fevral aylarında Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağından təxminən 370 mln. kub.m qaz alıb (pronozdan 9,5 mln. kub.m çox), - Azərbaycan Dövlət Neft Şirkətindən bildiriblər.

Ümumilikdə 2008-ci ildə Azərbaycan "Şahdəniz" yatağından 2 mlrd. 900 mln. kub.m qaz almağı planlaşdırır.

Hazırda yataqda dörd quyu fəaliyyət göstərir. Potensial sutkalıq debit təxminən 22 mln. kub.m qaz təşkil edir.

"Şəhdəniz"in işlənməsi layihəsinin "Mərhələ-1" çərçivəsində, ildə 8,6 mlrd. kubmetr qaz hasil ediləcək.

Xəbər lenti

Xəbər lenti