...

Azərbaycan qazının Yunanıstan və İtaliyaya tammiqyaslı tədarükünə başlamaq üçün bir sıra məsələləri həll etmək lazımdır – nazir (video)

Energetika Materials 17 Mart 2008 15:00 (UTC +04:00)
Azərbaycan qazının Yunanıstan və İtaliyaya tammiqyaslı tədarükünə başlamaq üçün bir sıra məsələləri həll etmək lazımdır – nazir (video)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir S.Əliyev/ Azərbaycan qazının Yunanıstan və İtaliyaya tammiqyaslı tədarükünə başlamaq üçün alqı-satqıya dair müqavilənin imzalanması da daxil olmaqla bir sıra məsələləri həll etmək lazımdır. Bu barədə bazar ertəsi Yunanıstanın inkişaf naziri Xristos Folias ilə danışıqların yekununa dair Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Əliyev bildirib ki, Azərbaycan qazının Türkiyə ərazisindən tranziti üçün bu ölkə ilə hökumətlərarası müqavilə imzalamalıdır.

Türkiyə, Yunanıstn və İtaliya arasında qaz tədarükünə dair müqavilə mövcuddur. "Azərbaycanın mövcud müqaviləyə qoşulacağını, yaxud da yeni dördtrəfli sazişin imzalanacağını müəyyən etmək lazımdır" - deyə Əliyev bildirib.

Bakıda nazirlər arasında danışıqlar zamanı həmçinin, energetika və sənaye sahəsində birgə müəssisənin yaradılması, yenilənən enerji mənbələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Yunanıstanın inkişaf nazirini müşayiət edən nümayəndə heyətinin tərkibinə Yunanıstanın Dəniz Nəqliyyatı Nazirliynin baş katibi, Yunanıstanın Strategiya və Energetika Milli Şurasının prezidenti, DEPA şirkətinin Direktorlar Şurasının sədri, Alternativ Enerji Mənbələri Mərkəzinin rəhbəri və Yunanıstan Ərzaq Təşkilatının sədri daxildir.

Xəbər lenti

Xəbər lenti