Azərbaycan, Bakı, 31 mart / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 600 min ton həcmində (təxminən 82 min ton) neft partiyasının Novorossiysk limanından satışına dair tender elan edib. Bu barədə ARDNŞ-dan məlumat verilib. Neft partiyası aprelin 28-29-da yüklənəcək. Tenderə aprelin 3-də yekun vurulacaq.
Bu, cari ildə yüklənəcək REBCO markalı beşinci neft partiyası olacaq.
Cari ildə ARDNŞ-ın neft partiyalarını Novorossiysk limanından bu şirkətlər əldə edib:
Glencore Energy UK Ltd - yanvar (605 min barel);
ORL - fevral (605 min barel);
Glencore Energy UK Ltd - mart (615 min barel);
Arcadia Petroleum Limited - aprel (600 min barel).