...

May ayında Bakı-Supsa kəmərinin təmirindən sonra Azərbaycan neftinin ilkin partiyası Supsa limanından yüklənəcək

Energetika Materials 23 Aprel 2008 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir S.Əliyev/ May ayında Gürcüstanın Supsa limanından 2006-cü ilin pyızından təmirə görə dayandırılmış Bakı-Supsa boru kəməri vasitəsilə 80 min ton həcmdə Azərbaycan yüngül nefti yüklənəcək. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətinin yüksək səlahiyyətli nümayəndəsi məlumat verib.

Bakı-Supsa boru kəmərinin uzunluğu 827 km, ötürmə gücü isə ildə altı mln. tondan artıq olacaq.

Aprel ayında BP Bakı-Supsa boru kəmərində tikinti və təmir işlərini başa çatdırıb. Hazırda boru kəmərində istismarqabağı yoxlama işləri aparılır. "BP Azerbaijan" şirkəti Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatorudur, o da öz növbəsində Bakı-Supsa neft kəmərinin əməliyyatçısıdır.

Almaniyanın MLG şirkəti BP-nin sifarişilə Gürcüstanın Zestofoni ərazisində 1 km yaxın uzunluğunda neft kəmərinin dolanma sahəsinin tikintisini tamamlayıb. ABƏŞ bu rayon ərazisindəki neft kəmərinin sahəsində mənbənin hərəkət monitorinqini keçirib. Kiçik tərpəniş qeydə alındıqdan sonra boru kəmərinin dolanma sahəsinin tikinti zəruriliyi yaranıb.

Boru kəmərinin Azərbaycan ərazisində aparılan tikinti işləri zamanı kəmərin Kür çayı üzərindəki keçidlərindən biri bərpa olunub. Bundan əlavə, hələ sovet dövründən Gürcüstan ərazisində tikilmiş neft kəməri sahəsində də işlər aparılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti