...

Enerji sektorunda əməkdaşlıq Türkmənistan və Azərbaycan üçün strateji olacaq - Qurbanqulu Berdıməhəmmədov

Energetika Materials 20 May 2008 15:48 (UTC +04:00)
Enerji sektorunda əməkdaşlıq Türkmənistan və Azərbaycan üçün strateji olacaq - Qurbanqulu Berdıməhəmmədov

Azərbaycan, Bakı, 20 may / Trend / Yanacaq-enerji sektorunda əməkdaşlıq Türkmənistan və Azərbaycan arasında gələcək dövlətlərarası tərəfdaşlıq üçün strateji istiqamət olacaq. Bu haqda Bakıda Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov bəyan edib.

Türkmənistan prezdenti çıxışı zamanı sentyabr ayında Bakıda "Türkmənistan və Azərbaycanın neft və qazı" mövzusunda konfransın keçirilməsinin planlaşdırıldığını deyib.

"İkitərəfli qarşılıqlı əməkdaşlıq sahələrindən biri nəqliyyat sahəsidir", - Berdıməhəmmədov qeyd edib. Türkmənistan prezidenti əlavə edib ki, Asiya və Avropanın qovşağında yerləşən Türkmənistan və Azərbaycanın əlverişli geosiyasi vəziyyəti həm şəxsi, həm də digər ölkələrin maraqları naminə, eləcə də Qərbdə və Şərqdə qonşu ölkələrin bu üstünlükdən istifadəsi üçün imkan yaradır.

Hazırda Türkmənistan nəqliyyat infrastrukturunun inkişafı üçün mühüm addımlar atır. Türkmənistan Qazaxıstan və İrandan olan tərəfdaşları ilə "Şimal-Cənub" layihəsinin reallaşdırılmasına başlayıb. "Bilirəm ki, analoji tikinti Azərbaycanda da aparılır. Məhz buna görə biz rəqabətdən deyil, bütün ölkələr və bütövlükdə region üçün real iqtisadi mənfəət vəd verən səylərin birləşdirilməsindən danışırıq, bu isə, əlbəttə, yük və sərnişin daşınması həcminin artımına gətirib çıxaracaq", - Berdıməhəmmədov əlavə edib.

Onun sözlərinə görə, Türkmənistan Azərbaycana müasir texnologiyalarla təchiz olunmuş müəssisələrdə istehsal olunan toxuculuq malları, kimya sənayesi məhsulları və sairə ixrac etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti