...

Azərbaycan elektrik enerjisi istehsalında mazutun istifadəsini dayandırmaq niyyətindədir

Energetika Materials 4 İyun 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend / Payız-qış fəslində Azərbaycan istilik elektrik enerjisi stansiyalarında elektrik enerjisinin alınması üçün mazutan yanacaq qismində istifadəsini tam dayandıra bilər. Bu haqda Respublika Dövlət Neft Şirkətinin yüksək vəzifəli nümayəndəsi bildirib.

Mazutun istifadəsinin dayandırılması respublikada qaz hasilatının artması ilə bağlıdır. Azərbaycanın qışda bütün mənbələrindən (Dövlət Neft Şirkətinin şəxsi qazı və "Şahdəniz" yatağından) gündəlik təxminən 35 mln. kub metr qaz hasil edəcəyi gözlənilir. Bundan əlavə, yeraltı anbarlarda 1 mlrd. 200 mln. kub metr həcmində qaz ehtiyatı toplamaq ehtimal olunur ki, bu da energetiklərın yanacağa olan tələbatını tam ödəməyə imkan yaradacaq.

Azərbaycan 2007-ci ilin əvvəlindən etibarən Rusiyadan qaz idxalını dayandıraraq mazut rejiminə keçib. Bu, yerli NEZ-də bu növ məhsulun istehsal həcminin artması və onun yanacaq qısmində istifadəsi ilə bağlı olub. Lakin hazırda qaz istehsalının artması ilə əlaqədar mazuta olan tələbat azalıb.

Xəbər lenti

Xəbər lenti